KATEQORİYA
Nevrologiya
OXUMA VAXTI
2 dəqiqə
PAYLAŞILIB
Oktyabr 13, 2021

Uşaqlarda Ayaq ağrıları

Uşaqlarda ayaq ağrıları çox rast gəlinən ciddi şikayətlərdəndir. Bəs bu ağrılar nədən Olur? Hər ağrı böyümə ağrısıdırmı?

Büyümə ağrısı bəzən məktəbdən əvvəlki dövrlərdə bəzi hallarda isə yeniyetməlik dövrlərində olan hər iki ayaqda da hiss edilən əzələ ağrılarıdır. Ağrı adətən günortadan sonra və ya axşam tərəfi ola bilər. Bəzən nadir də olsa gecə yuxudan oyandıra bilər.Ağrılar səhər yox olur.

Böyüme ağrısı adətən 3 -4 yaşlarında başlayır və 8 -12 yaşları arasında təkrarlana bilər. Bu ağrılar daha çox idmandan və ya çox hərəkətli olduqdan sonra yaranır.

Böyümə ağrıları olan uşaqların baş ağrısı və qarın ağrılarının olma ehtimalı daha yüksəktir . Adətən, hər iki ayaqda, xüsusi ilə budların önündə, ayaqların arxasında və ya dizlerinin arxasında böyümə ağrıları hiss edilir .

Ağrıların müalicəsi üçün mütləq həkimə müraciət edin.

Aşağıdakı  hallarda daha diqqətli olunmalıdır

  • Böyümə ağrısı oynaqları tutmur oynaq ağrısı vermir.
  • Böyümə ağrısı tək ayaqda adətən olmaz. Tek tərəfdə olan ayaq ağrısı daha ciddi bir durumun işareti olabilir.
  • Tez tez yıxılma
  • Temprarurun yüksəlməsi
  • İştahın itməsi
  • Axsama və ya yerimənin pozulması
  • Səpki
  • Tez Yorulma
  • Zəiflik
  • Çəkinin itməsi
YAZININ MÜƏLLİFİ
T.e.n Dr. Nuridə Tağıyeva
Nevroloq, EEQ və EMQ üzrə mütəxəssisi
Bu yazını yaxınlarınızla paylaşın