KATEQORİYA
Pediatriya
OXUMA VAXTI
5 dəqiqə
PAYLAŞILIB
Fevral 18, 2020

Uşaqlarda iştahsızlığın səbəbləri

İştahsızlıq, uşağın yetərli böyümə və inkişafı üçün alması lazım olan təməl qidaları belə, fərqli səbəblərdən rədd etməsidir. Fizioloji olaraq normal böyüyən, çəkisi və boyu yaşına uyğun olan bir uşağın iştahının normal olduğu söylənə bilər.

“İştahsız uşaq” deyimi səhv dəyərləndirilmiş də ola bilər.

Uşaqlarda iştahsızlıq səbəbləri sağlam uşaqlarda psixoloji və ya normalın bir variantı ola bilirkən, həm də bir xəstəliyə bağlı da ola bilər. Hər hansı bir səbəbdən iştahın az olması böyümə və inkişafın geriləməsinə yol açarkən, çox iştahlı uşaqlarda da obezlik (piylənmə) görülə bilir. Bir çox valideynlər uşaqlarının çox iştahsız olduğundan, heç bir şey yemədiyindən və yeməklərdə çox seçici davranışından şikayət edər. Belə problemlər uşaqların təxminən 25 %-də rast gəlinir, ancaq, bu uşaqların çoxunda böyümə və inkişafdan geri qalma görülməz. Bunların yalnız 1-2 %-də qidanı ciddi rədd etmə və qidalanma istəksizliyi görülə bilir.

İştahsızlıq Pediatrların çox qarşılaşdığı bir problemdir. Belə ki, ən çox iştahsızlıq görülmə yaşı yeni qidalarla tanışlıq dönəmi olan 6-36 aylar arasındadır.

Südəmər dövründə görülən ciddi iştahsızlıq problemləri bu dönəmdə çözülmədiyi təqdirdə ərgənlik dönəmində belə davam edə bilər. Bu səbəblə iıtahsızlıq, Pediatr və Diyetisyen tərəfindən dəyərləndirilməli ve təqibə alınmalıdır.

Uşaqlarda iştahsızlığa nə səbəb olur, risk faktorları nələrdir?

Uşaqlarda qidalanma problemləri böyümənin ləngiməsinə səbəb ola bilir və altda yatan xəstəliklərdən qaynaqlana bilir.

Yaşa uyğun olmayan diet iştahın azalmasına səbəb ola bilər və eyni zamanda qida allergiyası, yeməyi rədd etmə, hüzursuzluq və qusma ilə qarşımıza çıxa bilər.

Südəmər dönəmdə qidalanma problemlərinin böyük bir qismi davranış problemlərindən qaynaqlanır.

Ana və uşaq arasındakı bağın zəif olmasi (2-8 ay), infantil anoreksiya (6-36 ay) və malnütrisyanın görülmədiyi seçici qidalanma ən başda gələn davranışsal yemə pozğunluğudur:

  • Ailədə birinci uşaq olma
  • Gastroezofagial reflüks
  • Qida allergiyaları
  • Prematür doğum hekayəsi
  • Neyromotor və ya anatomik problemlərin olması
  • Uzun müddət yeni doğulmuş dönəmində tüp ilə qidalanma və ya parenteral qidalanma
  • İşləyən valideynlər
  • Təcrübəsiz baxıcı
  • Düzənsiz qidalanma
  • Ailə içində psixoloji stress faktorunun olması

Uşaqlarda iştahsızlıq zamanı nə edirik?

Uşağın doğulduğundan bəri böyümə qrafikinin olması çox önəmlidir. Çünki inkişafın nə zaman durması bizim üçün önəmlidir. Yenə son 3-7 günlük qidalanma listəsi, nələr yediyi önəmlidir. Mümkünsə uşağın necə qidalanmasını izlemek isteyirik. Əgər hər hansı bir xəstəliyə bağlı problem düşünürüksə geniş kapsamlı laborator və radioloji analizlər istəyə bilərik.

Müxtəlif xəstəliklərə bağlı uşaqlarda iştahsızlıq səbəbləri

  • Uşağın qidalanmasına və udmasına əngəl olan səbəblər
  • Xroniki infeksiyalar
  • Xroniki orqan xəstəlikləri: Böyrək, Qara ciyər, Ağ ciyər problemlərinin olması
  • Gastrointestinal şikayətlərə yol açan xəstəliklər: gastroezofagial reflüs, disfagiya, ürəkbulanma, qusma, qarın ağrısı, ishal və s..
  • Vitamin və mineral eskikliyi
  • Dəmir eskikliyi anemiyası

İştahsız uşaqlar üçün nə etməli?

  • Uşağın aclıq hissinin olması üçün 3-4 saat arayla 3 ana öyün və günortadan sonra 1 ara öyün verin
  • Öyünlər arasında sadəcə su verin
  • Uşağınıza doyana qədər yeməyi öyrətmək üçün: qidaları kiçik porsiyalar şəklində verin, bir öncəki bitincə yeni bir porsiya daha verin, yemək müddətini 20-30 dəq ilə məhdudlaşdırın
  • Uşağınızı masada otuzdurun və yüksəkdə otursun
  • Yemək zamanı diqqət dağıdıcı ünsürləri ən minimala endirin
  • Uşağınızın öz-özünə yediyi miqdar üçün təqdir etdiyinizi bildirin
  • Yaşına uyğun yeyəcəklər verdiyinizdən əmin olun
  • Öz-özünə yeməyə təşviq edin
  • Aralarda atışdırmalıq yeməsinə icazə verməyin
  • Zorla yedirməyə çalışmayın

Uşağınızın qidalanması ilə bağlı narahatlıqlarınızı uşaq hekiminiz ile paylaşın. Bu kimi dəstək uşağınızın qidalanma pozğunluqları və ya normal halları anlamanıza yardım edər.

Bu yazını yaxınlarınızla paylaşın