Uşaqlarda qıcolma tutmaları-Epilepsiya
Qıcolma tutmaları və ya epileptik tutmalar beyində, ani,anormal elektriksel deşarjlara bağlı sinir hüceyrələrinin normal fəaliyyətininpozulması ilə ortaya çıxan, qısa müddətli, keçici, davranış və ya emosional dəyişiklikleridir. Huşun itməsi ola da bilər olmayada bilər.
Epilepsiya demək üçün isə tutmalar təkrarlanmalıdır. Epilepsiya zamanı sadəcə qıcolma olmur. Epilepsya özünü uşaqlarda bir nöqtəyə baxmaq (gözü yol çəkmək), süst bayılma (ürək getmə),əldə ayaqda atmalar, periodik gecə qusmaları, baş ağrı tutmaları kimi əlamətlər ilə də göstərə bilər.
Epilepsiya genetik olmaqla yanaşı aşağıdakı səbəblərdən yarana bilər.
-Doğuşdan gelən ailəvi keçidli metabolik xəstəliklər
-İnfeksion xəstəlikləri, hamiləlikdə qanamalar, ananın istifadə bəzi dərmanlar, hamiləlikdə travma,çatışmazığı
-Doğum əsasında yaşanan problem (beynin oksigensiz qalması, beyin qanaması, doğuma bağlı travma, çox yüksək sarılıq dəyərləri)
-Doğum sonrası beyin infeksiyaları, menengitler
-Qəzalara bağlı beynin zədələnməsi
-Ani yaranan beynin damar xəstəlikləri (damar tıxanma ya da qanama)
-Zehirlənmələr
-Beyin şişləri
Diaqnozu qoyulmasında Elektroensefaloqrafiya müayinə usulu və doğru toplanmış anamnez mühüm rol oynayır
